Fransalı azarkeşlərdən türkiyəli fanatlara mesaj

Fransalı azarkeşlərdən türkiyəli fanatlara mesaj
Want create site? Find Free WordPress Themes and plugins.

Fransanın paytaxtı Parisdə bir qrup futbol azarkeşi türkiyəli tərəfdarlara mesaj göndərib.

a24.az” bildirir ki, “Report”un məlumatına görə, ölkə çempionatında “Loryen” və PSJ komandaları arasında keçirilmiş oyundan öncə fransalı azarkeşlər “Türkiyəli azarkeşlər AVRO-2016-ya xoş gəlməyəcək” yazılmış pankart açıblar.

Fransalı azarkeşlərin bu addımı Yunanıstan və Türkiyə komandaları arasında keçirilmiş yoldaşlıq görüşü ilə əlaqədardır. Noyabrın 17-də baş tutmuş görüşdə Parisdə baş verən terrorda ölənlərin xatirəsinə birdəqiqəlik sükut elan olunub. Bu anda türkiyəli azarkeşlər sükutu pozub.

Qeyd edək ki, Türkiyə yığması Fransada keçiriləcək AVRO-2016-ya vəsiqə qazanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar