Fransada hicaba qarşı təzyiqlər arta bilər

Fransalı nazir İranda başını örtdü
Want create site? Find Free WordPress Themes and plugins.

Fransalı nazir Seqolen Royal, ticarət sazişi imzalamaq üçün səfər etdiyi Tehranda ölkəsindəki hicab qadağalarına baxmayaraq, başını bağladı.

“A24.az”ın məlumatına əsasən, İrana qarşı beynəlxalq embarqonun aradan qaldırılması ilə milyardlarla dollarlıq pazar açıldı. Qərb ölkələri bundan öz paylarını almaq üçün nazirlərilə Tehran və öz paytaxtları arasında möhkəm əlaqə yaratmaq fürsəti əldə etdilər.

1_6565_2

Sonuncu dəfə Fransanın ətraf mühit və enerji naziri xanım Seqolen Royal, iranlı həmkarları ilə görüşmək üçün Tehrana getdi. Royal 3 gün davam edən Tehran səfəri əsnasında prezident Ruhaninin köməkçisi və İranın ətraf mühit naziri Məsumə Əbtəkarla görüşdü.

KMO_088197_204648_1_t218_122929

Görüşdən sonra xanım Royalın baş örtüyü ilə mətbuat qarşısına çıxması diqqətləri cəlb etdi. Çünki son günlərdə Fransada böyük dünyəvilik müzakirələri aparılır. Ölkədə bələdiyyələr müsəlman qadınların təsəttürlü şəkildə dənizə girməsini qadağan etdi. Bundan sonra hicablı qadınlara təzyiqin artması bir çoxlarını narahat edir.

219283189

Tehran səfərində Royalla birgə Fransanın enerji və ətraf mühit sahəsində fəaliyyət göstərən mühüm firma rəhbərləri iştirak edirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar