Fransanın ən varlı iş adamlarının adları açıqlandı: Makronu "zənginlərin prezidenti" edən milyarderlər...

Fransanın ən varlı iş adamlarının adları açıqlandı: Makronu “zənginlərin prezidenti” edən milyarderlər…
Want create site? Find Free WordPress Themes and plugins.

Fransanın ən varlı 500 iş adamının sərvəti son 10 ildə 3 dəfə artaraq 650 milyard avroya çatıb.

A24.Az xəbər verir ki, “Challenges” jurnalı bu il 23-cü dəfə Fransanın ən zəngin şəxsləri haqda araşdırmasını təqdim edib.

Jurnalın internet saytında yayımlanan araşdırmaya görə, ölkədəki ən varlı 500 iş adamının sərvəti 2018-ci ildə ötən ilə nisbətən 13 faiz artıb.

Son 10 ildə sərvətin 3 dəfə artaraq 650 milyard avroya çatdığı bildirilir. Məlumata görə, ən zənginlər siyahısına daxil olan milyarderlərin sayı da ilk dəfə 100-ü keçib.

Siyahının ilk sırasında başda brend geyim və bəzək əşyaları olmaqla bir çox sektorda fəaliyyət göstərən “LVMH”nin sahibi Bernard Arnaultnun 73,2 milyard avro ilə Avropanın ən varlı iş adamı olduğu bildirilir.

Ötən il varidatı 46,9 milyard avro olaraq hesablanan Arnault, eyni zamanda “Le Parisien” və “Les Echos” qəzetlərinin də daxil olduğu media qrupunun da sahibidir.

Ən varlılar siyahısının ilk 10-luğunda yer alan iş adamlarından 6-ı məşhur brend və kosmetik məhsullar sektorunda fəailiyyət göstərir.
“Le Monde”, “Le Figaro”, “Liberation” kimi qəzetlər başda olmaqla, Fransa mətbuatını əlində tutan iş adamlarının da siyahının ilk sıralarında olduğu qeyd edilib.

BFMTV kanalı, 2009-cu ildə ən zənginlər siyahısına düşmək üçün 40 milyon avro şəxsi sərvətin yetərli olduğunu, bu gün isə bu rəqəmin 140 milyon avro olaraq hesablandığını və bu vəziyyətin Fransada zənginlərin sərvətinə sərvət qatdığı mənasına gəldiyini bildirib.

Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makron ölkə ictimaiyyətində “zənginlərin prezidenti” olaraq tənqid edilir.

“Odoxa-Dentsu Consulting” tərəfindən mayın 5-də dərc olunan ictimai rəy araşdırmasına görə, fransız xalqının 72 faizi Macronun zənginlərin prezidenti olduğunu düşünür.

Keçmiş prezident Fransua Olland, ötən ay qatıldığı bir televiziya proqramında xələfi Mackonun “zənginlərin deyil, ən zənginlərin prezidenti olduğunu” söyləmişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar