Frederik Vassyör Sauber-in yeni rəhbəridir

Frederik Vassyör Sauber-in yeni rəhbəridir
Want create site? Find Free WordPress Themes and plugins.

Renault komandasının sabiq rəhbəti Frederik Vassyör Sauber-in yeni rəhbəri təyin edilib – fransız mütəxəssis keçən ay istefa vermiş Monişa Kaltenbornun yerini tutacaq.

A24.az F-1.az-a istinadən bildirir ki, Vassyör bu ilin əvvəlində Renault komandasındakı postundan ayrılmışdı.

Paskal Piççi, Sauber Holding AG direktorlar şurasının sədri: “Uzun və uğurlu karyerası Vassyör haqqında hər şeyi deyir. Onu Sauber-də salamladığımız üçün şadıq”.

Frederik Vassyör: “Mən Sauber Motorsport AG-a qoşulduğum üçün məğrurluq hissi keçirirəm və rəhbərliyə göstərdiyi etimada görə minnətdaram. Hinvildəki bazanın imkanlarından və istedadlı, iddialı heyətdən təsirləndim. Ümid edirəm ki, təcrübəm komandanı düzgün istiqamətdə aparmağa kömək edəcək. Mən, həmçinin əminəm ki, biz birlikdə çox yaxşı nəticələr əldə edəcəyik. Sürücülərlə və bütün komanda ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar