Futbol üzrə dünya çempionatında ilk tura yekun vuruldu

Futbol üzrə dünya çempionatında ilk tura yekun vuruldu
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk tura yekun vurulub.

A24.Az “Report”a istinadən xəbər verir, turun son matçında H qrupundakı Polşa və Seneqal yığmaları üz-üzə gəlib.

Moskvadakı “Spartak” stadionunda təşkil olunmuş qarşılaşma afrikalıların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 37-ci dəqiqədə polşalı futbolçu Tyaqo Tsionek açıb. Lakin o, topu öz qapısına göndərib. 60-cı dəqiqədə Mbaye Nyanq Seneqalın ikinci qolunu vurub. 86-cı dəqiqədə isə polşalı Qjeqoj Krıxovyak təsəlli qoluna imza atıb.

Bu qrupun digər oyunu da Yaponiyanın Kolumbiya üzərində 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

DÇ-2018, H qrupu, I tur

16:00. Kolumbiya – Yaponiya – 1:2

Qollar: Xuan Kintero, 39 – Sindzi Kaqava, 6 (pen.). Yuya Osako, 73

Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair)

Saransk, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal – 1:2

Qollar: Qjeqoj Krıxovyak, 86 – Tyaqo Tsionek, 37-öz qapısına. Mbaye Nyanq, 60

Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, “Spartak” stadionu

Qeyd edək ki, ilk turdan sonra H qrupuna hərəyə 3 xala malik Yaponiya ilə Seneqal başçılıq edir. Xalsız Kolumbiya ilə Polşa son 2 pillədədir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar