Füzuli Məmmədov dünyaca məşhur “insanlığın vicdanı” ləqəbli hüquq müdafiəçisi ilə görüşdü

Füzuli Məmmədov dünyaca məşhur “insanlığın vicdanı” ləqəbli hüquq müdafiəçisi ilə görüşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Füzuli Məmmədov dünyaca məşhur, “insanlığın vicdanı” ləqəbli hüquq müdafiəçisi ilə görüşüb.

Füzuli Məmmədov: “Lyudmila Mixaylovna zərər çəkmiş minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasına nail olub”

“Lyudmila Mixaylovna Alekseyeva ilə bizim görüşümüzün əsas səbəbi onun yubileyi idi. 20 iyulda onun 90 yaşı tamam oldu. Əksəriyyət onu millətin vicdanı adlandırırlar. Ancaq mən Lyudmila Mixaylovnanı bütün bəşəriyyətin vicdanı adlandırardım”.

A24.Az xəbər verir ki, bu fikirləri “Avropa Azərbaycanlıları Konqresi”nin Birinci vitse-prezidenti, “Dünya Azərbaycanlılarının Mədəniyyət Fondu” nun prezidenti Füzuli Məmmədov İnsan Hüquqları sahəsində dünyanın ən nüfuzlu hüquq müdafiəçisi Lyudmila Alekseyeva ilə görüşü haqqında danışarkən deyib.

F.Məmmədov bildirib ki, Lyudmila Mixaylovna bütün ömrü boyunca ədalətin, həqiqətin, humanizmin, demokratiya və insanpərvər qanunların zəfərinə çalışıb, insanların söz azadlığını və hüquqlarını qoruyub: “Lyudmila Mixaylovna həmişə korrupsiyalaşmış hakimiyyət strukturlarının və kriminal elementlərin özbaşınalığından zərər çəkən insanlara təmənnasız olaraq kömək edir. Lyudmila Alekseyeva dünyanın ən nüfuzlu hüquq müdafiəçisidir. O, hüquq müdafiəşisi və ictimai xadim kimi dünya şöhrətlidir. Onun çox zəngin tərcümeyi-halı var. O, SSRİ də və postsovet Rusiyasında hüquq müdafiəçiliyi hərəkatının fəal iştirakçısıdır. 1976-cı ildə onun fəal iştirakı ilə Moskva Helsinki qrupu yaradıldı və o, 1996-cı ildən həmin qrupa sədrlik edir. Ümumrusiya vətəndaş konqresinin təşkilatçılarından və üç həmsədrindən biri olub. O, korrupsioner dövlət məmurlarının və Rusiya məhkəmə sisteminin bəzi nadürüst nümayəndələrinin qanunsuz əməllərindən zərər çəkən bir çox azərbaycanlıya da kömək edib. Xüsusilə 2002 – 2012 ci illərdə RF Prezidenti yanında İnsan hüquqları üzrə komissiyanın (daha sonra Prezident yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə şuraya çevrildi) üzvü olduğu dövrdə hakimiyyət strukturlarının bəzi nümayəndələrinin özbaşınalığının qurbanına çevrilən bir çox həmvətənlərimiz məhz Lyudmila Alekseyevadan hüquqi və mənəvi dəstək alıblar və öz qanuni hüquqlarını və maraqlarını bərpa ediblər”.

Onu da əlavə edək ki, V.Putin Lyudmila Alekseyevaya hədsiz sayğı ilə yanaşır. Xatırladaq ki, 200-ci ildə Rusiyada F.Məmmədova qarşı çirkin provokasiyalar aparılanda Lyudmila Alekseyeva öz dəstəyini ondan əsirgəməyib: “Mən hələ də Lyudmila Mixaylovnanın o qiymətsiz köməyini xatırlayıram. O, 23 yanvar 2002-ci ildə Helsinki qrupu adından mənə qarşı quraşdırılmış cinayət işinin baxıldığı Moskva Qolovinsk bələdiyyələrarası məhkəməsinə məni dəstəkləmək üçün məktub yazmışdı. Həmin məktubda Lyudmila Alekseyeva dəqiq göstərmişdi ki, mənə qarşı quraşdırılan ittihamlar siyasi çalarlar daşıyır və tələb etmişdi ki, toplanmış bütün sübutlara tam və bitərəf qiymət verilsin və ədalətli qərar qəbul edilsin. Məhz çoxsaylı hüquq müdafiəçilərinin və vəkillərin səyləri nəticəsində mənə qarşı quraşdırılmış cinayət işi məhkəmədə süquta uğradı və təqsirsizliyim sübut olundu, məni həbs edənlərin özləri isə sonra müttəhim kürsüsündə oturduldular və qanunsuz hərəkətlərinə görə layiqli cəzalarını aldılar. Həmin məktubun surətini bu günədək saxlayıram və 20 iyulda yubiley münasibətilə onu təbrik etmək üçün evinə gedəndə Lyudmila Mixaylovnaya göstərdim. Yeri gəlmişkən, bizim Lyudmila Alekseyeva ilə görüşümüzdən bir az əvvəl Rusiya prezidenti Vladimir Putin də onu ziyarətə gəlib və təbrik edərək, geniş söhbət etmişdilər”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar