Füzulidə yaşayan qadınlar Səhiyyə Nazirliyindən nəyi gizlədir?

untitled-1“Səhiyyə Nazirliyinin 2014-cü ildə Lənkəran, Beyləqan, Şəmkir və Füzuli rayonlarında apardığı sorğu-tədqiqatların nəticələrinə görə, zorakılığa məruz qalan qadınlar ən çox Füzuli rayonundadır. Bu, rəsmi statistika deyil”.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təlim-resurs şöbəsinin metodisti Cəmilə Kərimova deyib. O bildirib ki, dünyada qadınların 42 faizi cinsi-fiziki zorakılığa məruz qalaraq zədə və travma alır: “Zorakılığa məruz qalan qadınların 16 faizində vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir”.

Onun sözlərinə görə, Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar: “Qadınlar məruz qaldıqları zorakılıq haqda heç kimin bilməsini istəmirlər. Sorğu-tədqiqatların nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini heç kimə danışmaq düzgün deyil”.

Kərimova qeyd edib ki, zorakılığın bir növü olan erkən nikahlar Azərbaycan üçün də çox böyük problemdir: “Lakin Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Erkən nikahlar yeniyetmə qızların orqanizminə mənfi təsir göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədqiqatlara əsasən, ölkənin hər bir yerində erkən nikah hallarına rast gəlinir. Son illərdə erkən nikahların sayı azalıb. Çünki dövlət tərəfindən buna qarşı çox saylı tədbirlər aparılır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR