“Gələn ilin büdcəsi sosial yönümlü olacaq” - Prezident

“Gələn ilin büdcəsi sosial yönümlü olacaq” – Prezident
Want create site? Find Free WordPress Themes and plugins.
“Gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq. İqtisadi sahədə, xüsusilə, vergi və gömrük sahəsində islahatlar davam etdiriləcək”. 

A24.az “AzərTac”a istinadən  xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyri-neft sektorunun inkişafı, bu yaxınlarda orbitə buraxılan “Azərspace 2” peykinin imkanlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması, iri fermer təsərrüfatlarının, aqroparkların və sənaye parklarının yaradılması ilə bağlı tapşırıqlarını verib.

Ümumilikdə, 2018-ci ilin 9 ayın yekununun uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini deyən dövlət başçısı bu müddətdə ölkədə dinamik inkişafın təmin olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda sabitlik qorunur, möhkəmlənir və bu sabitliyin təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. Bu il ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin islam ölkələri ilə əlaqələrin daha da möhkəmləndiyini deyən prezident Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın əhəmiyyətini vurğulayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar