Müəllif: Cəlil Cavanşir

Editor
Want create site? Find Free WordPress Themes and plugins.

Uzun illərdir, təhlükəli situasiyalar üçün tövsiyə olunan səhv hərəkətlərə yol verməklə həyatınızı riskə atmış olursunuz.

A24.Az geniş yayılmış müəyyən hallarda insanları təhlükədən qurtara biləcək praktik məsləhətləri təqdim edir:

 

cropy_9a651b88-646f-4a04-9429-9e3b4a7228d3
1: “Ayının hücumu zamanı hərəkət etməyin, özünüzü ölülüyə vurun”. Bu deyimi eşitməyən yoxdur. Amma bu yanaşma doğrudurmu? Yox! Çünki əgər açıq bir sahədə ayı ilə qarşılaşsanız, o zaman ən məsəhətlisi ayını qıcıqlandırmadan sakitcə geri dönməkdir. Əgər ayı ilə yaşayış yerinizə yaxın ərazidə rast gəlsəniz, bərkdən qışqıraraq onu qorxutmağa çalışın. Ayının hücumuna məruz qaldıqda isə fərqli davranın. Sizə hücum çəkən ayının rəngi qaradırsa, qaçmayın, onu ürkütməyə cəhd edin. Lakin qonur ayılar öz ballaları üçün təhlükə hiss etdikdə heç nəyə baxmadan insana hücum edir. Onlar hücumdan əvvəl öz hərəkətləri ilə insana sanki xəbərdarlıq edirlər. O halda yenə də geri dönüb, sakitcə aradan çıxmaq tələb olunur. Əgər ayı sizinlə “təmas” qurarsa, o zaman üzü üstə uzanıb əllərinizi yana açaraq, özünüzü ölülüyə vurun. Lakin ayının balalarını qorumadığı və ova çıxdığı vaxtlarda, özünüzü ölülüyə vursanız, doğrudan ölə bilərsiniz. Ona görə də elə vəziyyətda yaşamaq üçün mübarizə aparmalısınız.
cropy_b998efb0-2e09-4763-85fa-ef473a612e5e
2: “Bədəninizə nə isə sancılıbsa, çıxarmalısınız. Çünki qan damarları tutla bilər”. Çikaqo Tibb Mərkəzinin doktorlarından Devid Beyser isə əksini tövsiyə edir: “’Əgər bədəninnizə sancılan şeyi çıxarsanız, o zaman qanaxmadan ölə bilərsiniz”.
cropy_5b2db0f2-be56-497e-848d-8247127c8d68
3: “Vəhşi təbiətə düşsəniz, ilk işiniz yemək tapmaq olmalıdır”. Lakin unutmayın ki, yemək olmadan 6 həftəyə qədər yaşaya bilərsiniz. Yaxşı, o zaman nə etməlisiniz? Belə vəziyyətdə ilk işiniz təhlükəsiz sığınacaq və su mənbəyi tapmaq olmalıdır.
cropy_8c2a1d15-9ca6-4735-bc2d-712458fa559d
4: “Çöldə susuz qalsanız, kaktusların suyunu içə bilərsiniz”. Qətiyyən olmaz! İlk olaraq, su sandığınız şey kaktusun suyu deyil, zəhərli ola biləcək şirəsidir. Onu içsəniz, ishal olub maye itkisindən ölə bilərsiniz.
cropy_ea5cfa25-2ac1-42c7-a30e-ceb4d21d553b
5: “Yosunlar daima ağacın şimal tərəfində inkişaf edirlər.” Təəssüf ki, bu səhv fikirdir. Yosunlar, olduqları mühitə uyğun olaraq ağacın hər tərəfində inkişaf edirlər.
cropy_5d72f667-7b94-490a-b656-f87da85e64f3_1
6: “Çevrənizdəki heyvanların yediği şeylərdən yeyə bilərsiniz”. Quşlar və sincablar sizin yediyiniz zaman anında öləcəyiniz zəhərli göbələk və bitkilərlə qidalanırlar. Başqa heyvanların yediyinə güvənməməlisiniz.
cropy_57b81c9a-04f9-401a-a0ca-a6bf18a895c4
7: “Soyuqdan donmuş bir insanı isti suya salmaq və ya masaj etmək lazımdır”. Əgər soyuqda qalmış adamın dərisi donmuşsa, etdiyiniz masaj o şəxsi isitməkdənsə, dərisinə zərər verəcək. Donmuş adamı isti suya salmaq isə onda şok yarada bilər və hipertermiya yaradar. Belə hallarda donmuş adamı tədricən isitmək, qoltuqlarının altına ilıq su torbaları qoyaraq odeyala bürümək lazımdır.
cropy_a3976a23-e338-4545-a55a-847bc41de53d
8: “Köpəkbalığının hücumuna məruz qalsanız, onun burnuna möhkəm bir yumruq vurun”. Bu yanlış bilgi yəqin ki, müəyyən filmlərdəki səhnələrdən götürülüb. Aydındır ki, üzən köpəkbalığının burnunu hədəfə alıb effektli zərbə vurmaq çox çətindir. Köpəkbalığının hücumu zamanı tələb olunan iş onunla aranıza möhkəm bir əşya qoymaqdır. Belə imkanınız yoxdursa, köpəkbalığının burnuna deyil, gözlərinə, ya da qəlsəmələrinə zərbə vurun. Bunu da edə bilməsəniz, öləcəksiniz.
cropy_77f77bb5-fba5-40d9-8bcf-8ddba4ad7920
9: “İçinde olduğunuz lift qırılıb düşürsə, yere çırpılacağı anda hoppansanız, sağ qalarsınız”. Qırılıb düşən liftdə xilas olmağınızın yolu var. O anda hoppana bilsəniz sağ qalarsınız. Amma burada bir məsələ var. Liftin düşmə sürətindən daha sürətlə hoppanmalısınız. Yəni lift saata 80 km. Sürətlə hərəkət edirsə, siz saatda 80 km.-dən sürətlə sıçramalısınız. Əgər belə bir qabiliyyətiniz yoxdursa, qurtuluş da yoxdur.
cropy_584b75f3-3673-4d9d-a6cb-101f13284ae4
10: “Əgər sualtı axına düşmüsünüzsə, sahilə paralel üzməyə çaalışın”. Sualtı axınlar çox təhlükəlidir. Əgər axın dənizə doğrudursa, o zaman sahilə paralel üzmək işinizə yaraya bilər. Amma bütün hallarda ən doğrusu sahildən çox uzaqlaşmamaq və özünüzü yormamaqdır. Burulğana düşmüsünüzsə, oradan çıxmaq üçün bütün gücünüzü səfərbər edin.
cropy_bafb668b-f55c-4efc-bd7e-9db1b565e884
11: “Bir yerdən yıxılarkən çətiri aça bilsəniz, sürətiniz azalar və hayatınız üçün təhlükə də qismən sovuşar”. Peşəkar xizəkçi Erik Roner bu deyimi həyatda sınayıb – lakin paraşütdən istifadə edərək. Onun dediyinə görə, çətir ilk saniyələrdə enmə sürətini azaltsa da, sonra sıradan çıxaraq işə yaramayıb.

A.Zeynalov, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

XƏBƏR LENTİ

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar