Gecə ermənilər minaatanlardan iriçaplı pulemyotlardan istifadə etdi

Gecə ermənilər minaatanlardan iriçaplı pulemyotlardan istifadə etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax, Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şuraabad, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar