Gəlin və baldız azyaşlı uşaqları ilə birlikdə itkin düşüb – FOTO

Gəlin və baldız azyaşlı uşaqları ilə birlikdə itkin düşüb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.

A24.Az-ın Report-a istinadən məlumatına görə, rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19:00 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib.

Həmin gün saat 17:00 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.

Tel: (024) 255-23-52
Mob: 055-755-73-71

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar