Gəmi 85 milyonluq mülkə çırpılandan sonra dayandı – FOTO – VİDEO

Gəmi 85 milyonluq mülkə çırpılandan sonra dayandı – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün İstanbul boğazında əyləci kilidlənən gəmi evlərə çırpılaraq dayana bilib. Həmin an boğazda gəmilərin hərəkəti dayandırılıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fatih Sultan Mehmet körpüsünün altından keçən yük gəmisinin əyləci kilidləndiyi üçün o, Bəylərbəyi tərəfdə yerləşən Həkimbaşı Salih Əfəndi yalısına çırpılıb.

Uzunluğu 225 metr olan gəmi 32 metr genişliyə sahibdir. Qəzadan sonra hadisə yerinə gələn polis gəmini Ahırkapıya çəkib

Hadisə zamanı gəminin çırpıldığı yalı darmadağın olub. Qeyd edilir ki, həmin mülk 1850-ci ildə inşa edilib və bu günə qədər dəfələrlə təmir edilərək qorunub saxlanılıb. Sultan II Mahmudun dövründə yaşayan Həkimbaşı Salih Əfəndidən qalan yalı qədim pərdələri və dəyərli əşyaları ilə birlikdə bu günə qədər gəlib çatıb. Gül və çiçəkləri çox sevən Salih Əfəndi yalının içərisini gül bağçasına döndərib. Hazırda mülkün dəyərinin 85 milyon dollar olduğu bildirilir.

Bundan başqa yalının bir hissəsi müxtəlif məqsədlər üçün istifadə edilsə də, digər hissəsində 1905-ci ildə dünyasını dəyişən Salih Əfəndinin qohumları yaşayırmış.

“A24.az” həmin anın görüntülərini təqdim edir:

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar