Gənc Tamaşaçılar Tetatrı xarici qastrola hazırlaşır

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu mövsümün növbəti xarici səfərinə hazırlaşır. Iki teatr rəhbərliyi arasında imzalanmış 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsinin yekun bəndlərinə uyğun olaraq bu dəfəki səfər Rusiya Federasiyasının Elista şəhərinədir.

A24.Az xəbər verir ki, teatr cari ilin noyabr ayının 5-dən – 11-dək B.Basanqov adına Kamık Milli Dram Teatrının səhnəsində cari repertuarında olan iki maraqlı tamaşa ilə çıxış edəcək. Tamaşalardan biri Bolqar yazıçısı P.Pançevin “Dörd əkizin nağılı”, digəri isə, ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri “Qohumlar” tamaşasıdır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR