Gəncədə qeyri-qanuni aksiya: İki polis şəhid oldu - Təfərrüatlar

Gəncədə qeyri-qanuni aksiya: İki polis şəhid oldu – Təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 10-u Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

“A24.az” xəbər verir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edib.

Daha sonra Baş prokurorluq, DİN və DTX-dan Gəncədə qeyri-qanuni aksiya ilə bağlı açıqlama verib.

Bildirilib ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.

Bu barədə Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilib.

Məlumatda bildirilib ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərmişlər: “Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər”.

Qeyd olunur ki, görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilmişdir:

“Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar