Gəncənin icra başçısı Elmar Vəliyev güllələndi

Gəncənin icra başçısı Elmar Vəliyev güllələndi
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub.

“A24.az” xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə dünən axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan 1983-ci il təvəllüdlü Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

Hücum nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. Elmar Vəliyev isə başından və qarın nahiyyəsindən ağır yaralanıb. Hazırda E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunur. Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb. (Axar.az)

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar