untitled-1

“Gərək Mikayıla da “əməkdar artist” adı verəydilər” – SORĞU

xalid-kazimli
Xalid Kazımlı

Ötən gün bir Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir qrup şəxsə
prezident tərəfindən fəxri adlar verilib. Yeni titul qazananlar arasında bəzi ismlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə fəxri ad alanlardan bir neçəsinin adı hallanaraq, onların bu titula layiq olmadığı müzakirə olunub. Sosial şəbəkədə ən çox adı hallanan titulçular “əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Zaur Kamal və Zaur Baxşəliyev, “əməkdar jurnalist” titulu verilən Xoşqədəm Hidayətqızı olub.
A24.Az yazarların və jurnalistlərin bu hadisəyə münasibətini öyrənib.

Yazar, jurnalist Xalid Kazımlı: Hər dəfə belə fəxri adlar paylananda medianın, sosial şəbəkə fəallarının bir və ya iki adamın üstündə fokuslaşmasını doğru saymıram. Adətən siyahıdakı ən məşhur adamlardan yapışır, onların o ada layiq olmadığını bildirirlər. Bu, təbii ki, onların personasına ictimai maraqdan irəli gəlir. Yəni istəyənləri və istəməyənləri var və onlar öz şəxsi prizmalarından fakta reaksiya

rasim-qaraca-1
Rasim Qaraca

verirlər. Məncə, heç kəsin fəxri ad almasını sorğulamağa ehtiyac yoxdur. Ümumiyyətlə, fəxri ad boş şeydir. Məsələn, elə əməkdar jurnalistlər var ki, ictimaiyyət onların hər hansı bir yazısını oxumayıb. Əksinə, elə də fəxri adı olmayan müəlliflər var, camaat onların yazıları ilə nəfəs alır.

Yazar, naşir Rasim Qaraca:
Fəxri adların bol-bol verilməsini təqdir edirəm, Xalq yazıçısı, Xalq Şairi, Xalq artisti nə qədər çox olsa bu ad o qədər ucuzlaşacaq, dolayısıyla sənət adamları öz əsl dəyərlərində qalmış olacaqlar.

mirmehdi-aghaoghlu
Mirmehdi Ağaoğlu

Yazar Mirmehdi Ağaoğlu:
Elə sual verirsiz ki, guya başqa məsələlərdə layiq bildiklərimiz öz yerlərini tutublar, ölkədə hər şey gözlədiklərimiz kimidir, bircə problem budur. Fakt burasındadır ki, istəyib-istəməməyimizdən asılı olmayaraq xalq bu Zaurların verilişlərinə baxır, həsrətlə onların efirlərini gözləyir. Gərək Mikayıla da əməkdar artist adı verəydilər, ona qarşı böyük ədalətsizlik oldu.

Əməkdar müəllim Almaz Həsrət:
Zaur Kamalı tanımıram. Amma Zaur Baxşəliyevi televiziyadan tanıdığım üçün bildirmək istərdim ki, fəxri ad qazanmasına hələ çox tezdir. Yəni, layiq deyil. Mənim fikrimcə fəxri ad qazanmaq üçün gərək əməlin və işinlə, örnəklərinlə bu ada tam layiq olasan. Amma cəmiyyətin bütün mənfiliklərini qabardıb onu göstərməyə görə mükafata layiq görülməsinin əleyhinəyəm. Bu şəxsi fikrimdir. Zaur Baxşəliyev hələ çox çalışmalı və çox mütaliə ilə məşğul olmalıdır.

Yazıçı Azad Qaradərəli:
Dəfələrlə yazmışam və demişəm: mən bütün bu adlara qarşıyam. Bu adlar Sovet dövründən qalma, insanları şirəyə çəkib susdurmaq. asılı etmək üçün düşünülən bir tələdir. Hökümət tərəfindən verilən bütün adlar ləğv edilməli, ölkədə elmin, mədəniyyətin və ədəbiyyatın inkişafı üçün sağlam mühit, sağlam rəqabət yaradılmalıdır.

Şair Aqşin Evrən:
Məncə, müəyyən aparıcılar, müğənnilər, artistlər var ki, onlara fəxri ad verib, bu şəxslərin biabır olmasını rəsmi şəkildə təsdiqləmək lazım idi, çox şükür ki, bu da oldu. Zəhmətlərinin dəyərləndirilməsi baxımından, siyahıda həqiqətən də bu adlara layiq olan şəxslər var idi. Ancaq indi adları elə adamlar alır ki, sovet quruluşunun manipulyator xassəli fəxri ad məsələsini düşüklük hesab etməkdən başqa

Aqşin Evrən
Aqşin Evrən

çarə qalmır. Bir də ki, nə ad alırsan-al, millətin gözündə nəsənsə, torpağa da o adla gedəcəksən. Məsələn, xalq artisti, şöhrət ordenli, filan laureatlı İlhamə Quliyeva. Sonda fəxri ad alan “robotları” təbrik edir və onlara bundan sonrakı həyatlarında əgər vaxtları olarsa, özlərinə hörmət etməyi arzulayıram.

Yazar Hədiyyə Şəfaqət: Adətən dövlət tərəfindən mükafatlandırma müəyyən təqdimetmələrdən sonra baş tutur. Bunun mexanizmi nədir, necə olmalıdır, necə olur, hansı meyarlar əsas götürülür, nə kimi xidmətlər nəzərə alınır, sözsüz ki, heç nə olmalı olduğu kimi deyil. Az-çox gözünün ucuyla cəmiyyətdə baş verənlərə nəzər salan adam bilir ki, bu belədir. Mədəniyyət anlayışına müxtəlif aspektlərdən baxaraq müxtəlif cür izah edə bilərik. Məsələn biri üçün meyar sayılan şeylər digəri üçün tamamilə gərəksiz görünə bilər. Adı çəkilən admlara mükafat vermək olar, bilənlər bilir ki, televiziyada onların gördüyü işi görmək xüsusi bacarıq və qabiliyyət, hətta deyərdim istedad tələb edir. Məsələn mən bacarmaram, boynumuza alsaq çoxumuz

bacarmarıq. Sonucda bu admlar kimlərəsə pul gətirir. Lakin bu mükafatın dövlət tərəfindən və mədəniyyətimizə xidmət təyinatıyla verilməsi… Bunu izah etmək mümkün deyil. Ümumiyyətlə, indi əməkdar mədəniyyət işçisi adına layiq görülmək üçün başqa nə etmək olar ki? Tələb budur, əkilən bu, biçilən bu. Belə məsələlər barədə adətən susuruq, danışmağı özümüzə sığışdırmırıq, bizə elə gəlir ki, susmaq ən yaxşı cavabdır. Yerli televiziyaları izləmirik, verlişlərə çıxmırıq, övladlarımızı bundan qoruyuruq. Unuduruq ki, dünya bizim ətrafımızda dönmür. Özümüz də cəmiyyətin içindəyik, övladlarımız da, dostlarımız da. Sabah mən ölsəm evimə başsağlığı üçün toplananların səksən faizi bu adamların tamaşaçısı olacaq. Danmayaq, hamımızda belədir. Hətta hüzr yerində bizdən çox o adamların apardığı şoulardan danışılacaq. İki-bir, üç bir yığılıb “biz qarşı çıxırıq” deməklə deyil… Bu ilki mükafatlandırma siyahısında bəzi adlar var, əlbəttə sevinirik, lakin bu özü də kədərlidir, kimlər kiminlə eyni siyahıdadır. Bu bizim getməyə məcbur olduğumuz ailə məclislərində Zaurun

nadir
Nadir Qocabəyli

tamaşaçılarıyla eyni süfrədə döyükə-döyükə qalmağımız kimi bir şeydir. Çıxılmaz görünür, eləmi? Biz o məclisdə adətən heç nə danışa bilmirik. Maraqlı deyil…
Sanki mesaj ötürülür ki, onsuz da axırda eyni sırada dayanacaqsınız. Bir yandan da ədalət hissim mənə deyir ki, bu adı çəkilən adamlara da hardasa çətindir. Bəlkə onlar da bizim istədiyimiz, dəyər verdiyimiz kəslərdən olmaq istərdilər. İstərdilər ki, savadlı, məlumatlı, ağı-qaradan seçməyi bacaran tamaşaçı çoxluğu tərəfindən izlənsinlər. Bəlkə bunu onlardan istəyən olsaydı çalışardılar, edərdilər. Bu təkcə onların əskiyi deyil, bu təkcə bizim dərdimiz deyil, bu tələbdən doğan adını bilmədiyimiz bir şeydir. Toxumu harda əkilib, əkilib, çiçəklərinin ətri hamımızın burnuna gəlib
çatır, meyvələri isə. Bax bu, daha çətin olacaq, meyvələrindən yeni toxumlar yetişəcək. Yaradılan şərait isə, görünür ki, bu toxumlar üçün əlverişli torpaqlardır. Qorunma altında olan hər şey inkişafa meyllidir. Nə olmasından aslı olmayaraq.

dayandur-sevgin
Dayandur Sevgin

Yazıçı, tərcüməçi Nadir Qocabəyli: Azərbaycanda yerinə, adına layiq olan çox az şey var. Hər şeyin rüşvətlə, pulla, tanışlıq, qohumluq və tapşırıqla həll olunduğu ölkə elə belə də olmalıdır. Mən belə şeylərə artıq çoxdandır ki, təəccüblənmirəm. 1984-cü ildə ilk dəfə universitetə imtahan verməyə başlayandan daim belə haqsız, ədalətsiz təyinatlar, təltiflər, seçimlər, mükafatlandırmalar müşahidə edirəm. Bunun siyasi səbəbi də var, əlbəttə. Ona görə ki, belə şeylərin qarşısı alınmaqdansa, ona da daha da rəvac verilir. Ancaq kökü Azərbaycan xalqının haqq-ədalət duyğusunun zəifliyində, mədəniyyətinin aşağılığındadır. Hazırda mükafat alan adamlara etiraz edənlərin çoxu da şəxsən mükafat istəyənlər və onu ala bilməyənlərdir. Hazırda Zaur,
Xoşqədəm kimi insanlara dövlət mükafatları verilməsi, bu dövlətin mahiyyətini çox yaxşı göstərir.

Yazar Rəbiqə Nazimqızı: Televiziyanı izləməyə vaxtım olmur, buna görə dəyərləndirmək çətindir. Amma sosial şəbəkələrdən, tanış-qohumlardan görürəm ki, hər iki Zauru yaxşı tanıyır v sevirlər. Bizim nə düşünməyimiz önəmli deyil. Xalq baxır, xalq sevir, xalq danışır, niyə də bununla fəxr eləyib, fəxri ad almasınlar ki?

Şair Dayandur Sevgin:
Başqalarını bilmirəm, məni Eldost Bayramovun xalq artisti fəxri adı alması sevindirdi.
Yazar, jurnalist Faiq Balabəyli:
Belə bir lətifə danışılır, Bəlkə də heç lətifə də deyil, olmuş hadisədir. Deyirlər ki, bir gün Rəhmətlik xalq artisti Habil Əliyevə Ədalət Şükürov deyib ki, mənə də əməkdar artist adı verdilər. Rəhmətlik də qayıdıb deyib ki, onlar verdi, bəs sənin qanacağın harda idi, götürməzdin.
Zaurların hər ikisinin verlişinin izləyicisi var. Publikanın qəlbinə yol tapıblar. Təbrik edirəm. Eyni zamanda fikirləşirəm ki daha layiqlilər vardı.

 

Sərdar Amin, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR