Göbələk yığmağa gedən kişinin meyiti tapıldı

Göbələk yığmağa gedən kişinin meyiti tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.

“A24.az” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanı əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.

Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R.Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.

R.Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar