Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
Want create site? Find Free WordPress Themes and plugins.
Gömrükdə mobil telefonlar və aksesuarları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən A24.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Kia Optima” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda, arxa oturacağın arxa hissəsində, sol yan örtüyün altında xüsusi düzəldilmiş gizli saxlanc yerində qutusu və aksesuarları ilə birlikdə 7 ədəd “Mİ A2 Lite” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar