Google-dan istinadlar silinir

Google-dan istinadlar silinir
Want create site? Find Free WordPress Themes and plugins.

Google-un hesabatına əsasən, şirkət Avropa İttifaqının vətəndaşına axtarışın nəticələrindən özü haqqında etibarsız və ya köhnə informasiyanı silməyi tələb etmək imkanı verən Right to be Forgetten hüququnun tətbiqindən sonra birinci ilin yekunlarını açıqlayıb.

“a24.az”ın məlumatına görə, Milli.Az ICTnews-a istinadən bildirir ki, 29 may 2014-cü il tarixindən axtarış sistemi 1 milyondan çox istinadın silinməsi üçün təxminən 282 min sorğu alıb.

Şirkət bu sorğuların 41,3 faizini təmin edib. Sorğuların əksəriyyəti Facebook, profileengine.com, YouTube, groups.google.com, badoo.com domenləri ilə bağlı olub.

Sorğuların əksəriyyəti Fransa, Almaniya, Böyük Britaniya, İspaniya və İtaliya vətəndaşları tərəfindən verilib. Məsələn, Macarıstandan olan yüksəkvəzifəli məmur onun köhnə məhkumluğu haqda məqaləni axtarış nəticələrindən silməyi tələb edib, lakin şirkət imtina edib. Bu halda Google şirkəti 10 il əvvəl cinayətdə ittiham edilmiş müəllimin müvafiq sorğusunu təmin edib.

13 may 2014-cü il tarixində Avropa İttifaqının Ali Məhkəməsi İspaniya vətəndaşının iddiasını dəstəkləyərək Googlea istifadəçinin sorğusu üzrə fərdi informasiyanın silinməsini təmin etmək göstərişi verib.

Avropa İttifaqının bütün istifadəçiləri Right to be Forgetten hüququna yiyələniblər, onlar axtarış sistemlərindən rəqəmli izi silməyi tələb edə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Texnologiya, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar