"Google"un hazırladığı cihaz qüsurlu çıxdı - Hər şeyi dinləyib yaddaşa yazır

“Google”un hazırladığı cihaz qüsurlu çıxdı – Hər şeyi dinləyib yaddaşa yazır
Want create site? Find Free WordPress Themes and plugins.

“Google” yeni hazırladığı ağıllı cihazda problemlə qarşılaşıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məluamta görə, “Google” ötən həftə “Made by Google” fəaliyyəti çərçivəsində bir neçə yeniliyini təqdim edib. Bunlardan biri “Google Home Mini” olub. Lakin cihazda qəribə bir xəta ortaya çıxıb. Cihazın sensorunun qüsurlu olması “Home Mini”nin hər şeyi eşitməsinə və yaddaşa yazmasına səbəb olur.

Belə ki, digər ağıllı cihazlarda olduğu kimi “Google Home Mini” istifadəçinin sözünü eşidir. “Hey Google” və ya “Ok Google” dediyimiz zaman cihaz aktivləşir. Əsas problem də budur. Qüsurlu sensor sistemi, cihazın əmri olmadan işləməyə imkan verir.

Sözügedən problemi “Android Police” saytından Artem Russakovski kəşf edib. “Google” Russakovskinin müraciətinə tez bir şəkildə cavab verərək “Home Mini”nin qüsurlu işləməsinin və hər şeyi yazmasının qarşısını almaq üçün bütün “Home Mini” cihazların üst hissəsindəki sensoru bağladıb. Hazırda mütəxəssislər sözügedən problemlə bağlı cihazların üzərində iş aparır.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar