“Green Card” lotoreyasında  bəxti gətirən azərbaycanlılar ABŞ-da böyük uğur qazandı 

“Green Card” lotoreyasında bəxti gətirən azərbaycanlılar ABŞ-da böyük uğur qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Şərifovlar ailəsi 2011-ci ildə “Green Card” qazanaraq ABŞ-a miqrasiya ediblər.

A24.Az-ın məlumatına görə,  ailənin bütün üzvləri “Washington Bothell” Universitetinə daxil olub.

Nərminə və Elnur adına iki övladı olan Lalə Şərifova   xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, təhsilini davam etdirib.

Təhsil ilə yanaşı, Lalə xanım kimya və radioterapiya kursları alıb, üç dəfə əməliyyat olunub.

Maraqlısı budur ki, ailənin bütün üzvləri sözügedən universiteti fərqlənmə ilə bitiriblər.  Lalə Şərifova  isə xərçəng xəstəliyinə qalib gəlib.

Elnur Şərifov biokimya, Lalə xanım və onun həyat yoldaşı Emil bəy isə mühasibatlıq fakültəsində təhsil alıblar. “Hüquq, cəmiyyət və hakimlik” fakültəsini bitirən Nərminə Şərifova isə 2017-ci ildə həmçinin Prezident medalı da qazanıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar