Güclü külək ağacı maşının üzərinə aşırdı,sürücü yaralandı – VİDEO/FOTO

Güclü külək ağacı maşının üzərinə aşırdı,sürücü yaralandı – VİDEO/FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Mingəçevirdə xoşagəlməz hadisə baş verib.

A24.az xəbər verir ki, şəhər sakini Rəvan Əliyev avtomobili ilə adıçəkilən ərazidən keçərkən, kökündən qopan nəhəng ağac avtomobilin üzərinə aşıb.

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Ətrafdakılar dərhal köməksiz qalan 30 yaşlı şəhər sakinini yararsız vəziyyətdə olan maşından çıxarıblar. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Baş verənlərə səbəb isə qəfil qopan külək olub.

Adıçəkilən ünvanda yaşayan sakinlərin sözlərinə görə, belə hadisələr ərazidə tez-tez təkararlanır. Binaların yaxınlığında ömrünü başa vuran irigövdəli ağaclar çoxluq təşkil edir. Külək əsən zaman isə onlar tab gətirmədən aşaraq müəyyən problemlərə yol açırlar.


Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar