Gülən tərəfdarları qorxur

Gülən tərəfdarları qorxur
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələrinin suallarını cavablandırıb.

“A24.az” məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT 1” və “TRT Haber” ortaq canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın “Hizmət” hərəkatı lideri Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsi mövzusuna da aydınlıq gətirib.

“Mənim üçün onun təhvil verilməsindən çox deportasiya edilməsi daha yaxşıdır. Deportasiya edilsin və Amerika ən azından “strateji müttəfiqim” dediyi Türkiyəyə qarş inamını yerinə yetirsin” – deyə Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan daha sonra qeyd edib ki, hazırda Milli Təhlükəsizlik Şurasının sənədlərinə adı düşmüş belə bir təşkilatın başçısının Amerikada saxlanılması düzgün hal deyil. Çünki ABŞ-Türkiyə əlaqələri baxımından bu vacibdir.

O, həmçinin, Türkiyədə olan onun əlaltılarının ölkədən qaçdıqlarını da vurğulayıb: “Hazırda ciddi mənada Türkiyədən qaçış var. Bir müddət əvvəl qəzetlərdən birində imamlar yayımlanmışdı. Həmin imamların bir qismi indi ölkədə yoxdular, qaçıblar. Madam ki, günahkar deyilsiniz, niyə qaçırsınız?”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar