Güllələnən icra başçısı Elmar Vəliyevi bu şəxs əvəz edir

Güllələnən icra başçısı Elmar Vəliyevi bu şəxs əvəz edir
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib.

“A24.az” xəbər verir ki, “unikal.org”un əldə etdiyi məlumata görə, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir.

Sözügedən xəbəri “unikal.org” saytına Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. 3 övladı var.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar