Gülnarə Kərimova niyə həbs olundu? - FAKTLAR, MİLYARD DOLLARLIQ MÜLKLƏRİ

Gülnarə Kərimova niyə həbs olundu? – FAKTLAR, MİLYARD DOLLARLIQ MÜLKLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Özbəkistan prokurorluğu mərhum eks-prezident İslam Kərimovun neçə ildir Daşkənddə ev dustağı edilmiş qızı Gülnarə Kərimovanın barəsində qaldırılmış cinayət işi və ona qarşı irəli sürülmüş ittihamlar barədə rəsmi məlumat yayıb. Virtualaz.org xəbər verir ki, məlumata əsasən G.Kərimovanın barəsində 2013-cü il oktyabrın 4-də onun başçılıq etdiyi “Terra Group” MMC, “Prime Media” MMC və “Gamma Promotion” MMC şirkətləri tərəfindən iri məbləğdə vergidən yayınma, mənimsəmə və yol verilən digər qanun pozuntuları ilə bağlı cinayət işi qaldırılıb.

“Həmin cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, 1972-ci iyulun 8-də anadan olmuş Fərqanə vilayət sakini, Daşkənddə qeydiyyatda olan Kərimova Gülnara İslamovna 2001-2012-ci illər ərzində bu cinayət əməllərinə mütəşəkkil qruplaşmanın rəhbəri kimi bilavasitə başçılıq edib”-prokurorluq bildirir.

Məlumata əsasən çoxsaylı mənimsəmə və korrupsiya əməlləri ilə bağlı Gülnara Kərimovanın günahı istintaq tərəfindən sübuta yetirilib. 2015-ci il avqustun 21-də onun barəsində məhkəmə tərəfindən 5 il azadlığın məhdudlaşdırılması barədə qərar çıxarılıb.

Prokurorluq bildirir ki, bu hökmdən əlavə Gülnarə Kərimovanın barəsində daha bir neçə ittiham üzrə cinayət işi ayrıca icraata götürülüb və  hazırda istintaq davam edir. Bura Özbəkistan dövlət orqanlarının səlahiyyətlərini mənimsəmək yolu ilə mobil rabitə operatorlarından yüz milyonlarla dollar haqq alınması, habelə radiotezliklərin və torpaq sahələrinin qanunsuz satılması yolu ilə 595 milyon dollar əldə olunması, 1.95 milyard dollara yaxın vəsaiti “otkat” şəklində alaraq xarici offşor hesablara ötürməsi, müxtəlif şəxslərin kommersiya maraqlarının lobbiçiliyinə görə 870 milyon dollara yaxın vəsaitin əldə edilməsi, növbəti dəfə radiotezliklərin və torpaq sahələrinin xarici şirkətə verilməsinə görə 520 milyon dollar haqq alınması kimi irimiqyaslı korrupsiya əməlləri daxildir.

Prokurorluq bu çoxsaylı korrupsiya və mənimsəmə, rüşvət əməllərinə görə Gülnarə Kərimovanın barəsində daha bir neçə maddə ilə ittiham irəli sürüldüyünü, onun barəsində həbs qətimkan tədbirinin seçildiyini bildirir.

İstintaq G.Kərimovanın 12 xarici ölkədə bank hesablarının və aktivlərinin aşkar edildiyini də açıqlayıb. Bu bank hesablarında cəmi 1.4 milyard dollar, 63.3 milyon avro, 27 milyon funt və 18.5 milyon İsveçrə frankı var. O cümlədən İsveçrədə G.Kərimovanın bank hesablarında 777.8 milyon dollar və 18.5 milyon frank dəyərində villa aşkarlanıb. İsveçdə eks-prezidentin qızının adına 30 milyon dollar vəsait tapılıb. Böyük Britaniyada isə Gülnarə 4.2 milyon funt gizldədib, o cümlədən Londonda 23 milyon funt dəyərində evləri, mənzilləri və villaları var.

Fransada Gülnarənin 52.5 milyon avro dəyərində iki malikanə aldığı məlum olub. Latviyada onun adına 16.5 milyon dollarlıq bank hesabları və qiymətli kağızlar aşkarlaıb. İrlandiyada 300 milyon dollar həcmində vəsait və səhmlər yerləşdirilib. Maltada Gülnarənin 48.8 milyon dollarlıq təyyarəsi var. Almaniyada 2 milyon avroluq bank hesabı tapılıb. Rusiyada isə 6 milyon dollar, Moskvada bir neçə elit mənzil və villa aşkarlanıb. Honkonqda İslam Kərimovun qızı 67 milyon dollar gizlədib, 15 milyon dollara “The Arch” göydələnində penthaus alıb. Birləşmiş Ərəb Əmirliklərində 32 milyon dollar, 31.5 milyon dollarlıq qızıl-zinət əşyaları, Dubayda penthaus, 2 villa, 2 otel (cəmi 67.4 milyon dollar) əldə edib.

Prokurorluq bildirir ki, bu aktivlərin üzərinə həbs qoyulması üçün müvafiq xarici ölkələrə sorğu göndərilib. Hazırda Gülnarə Kərimovanın başçılıq etdiyi mütəşəkkil qruplaşmanın xaricdəki digər aktivlərinin aşkarlanması və onlarn Özbəkistana qaytarılması üçün tədbirlər görülür.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar