cq1

“Günahkar Elza Seyidcahanı efirə buraxandır” – Cavanşir Quliyev

Şimali Kiprdə yaşayan azərbaycanlı bəstəkar Cavanşir Quliyev Bakıya gəlib.

A24.az  musavat.com-a istinadən bəstəkarın müsahibəsini təqdim edir:

– Sənət adamı olaraq Azərbaycan musiqisinin durumu sizi narahat edirmi?

– Yox, ümumi şəkildə narahatlıq yoxdur. Mən həmişə deyirəm ki, baxın, 100 il öncə Azərbaycanın dövləti olmayıb və musiqimizin qorunması deyilən bir şey də olmayıb. Amma musiqimiz olub, yaşayıb və gəlib bu günümüzə çıxıb. Bəziləri deyir ki, dövlət gərək musiqini qorusun. Mən də deyirəm ki, dövlətin musiqi ilə heç işinin olmaması lazımdır. Dövlətin dövlət işləri var, musiqi öz-özünə yaşayacaq. Əgər keyfiyyətlidirsə, dəyərlidirsə, yaşayacaq, onu öldürmək mümkün deyil. Ona görə elə bir əndişəm yoxdur. Amma mənim peşəmlə, bəstəkarlıqla bağlı içimdə qeydlərim var, o da oxucuya maraqlı olmaz. Çünki dar çərçivənin müzakirə mövzusudur.

– Konkretləşdirmək istəmirəm. Amma deyək ki, Elza Seyidcahan bəstəkar-müğənni statusunda efirə çıxır və hətta dövlət himnini də istədiyi kimi oxuyur. Belələrinə deməyə sözünüz varmı?

– Mən onu günahkar hesab etmirəm, onu efirə buraxanı günahkar sayıram. Gedin onlardan yapışın. O qız elədir də…

– Azərbaycan efirini izləyirsinizmi?

– Yox, izləmirəm. Əslində artıq efir izləməyə vaxtım yoxdur. Ömrün böyük hissəsi geridə qaldı. İrəlidə planlar var, onları eləmək lazımdır, vaxt isə yoxdur.

cq

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR