Günəş buludla mübarizə aparacaq- Sabahın hava proqnozu 

Günəş buludla mübarizə aparacaq- Sabahın hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

A24.Az-ın məlumatına görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  xəbərdarlıq edir ki, iyunun 15-dən 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar