Günəş tutulması OLACAQ

Günəş tutulması OLACAQ
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ay Günəş tutulması (qismən tutulma) baş verəcək.

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov A24.Az-a deyib ki, 13 iyulda baş verəcək Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.

X. Mikayılovun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olacaq və saat 08:13:44-də sona çatacaq.

O qeyd edib ki, Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar