Günəş yandıracaq - Sabahın hava proqnozu

Günəş yandıracaq – Sabahın hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda iyulun 28-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən A24.Az-a verilən xəbərə görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar