Gürcüstan-Rusiya avtomobil yolu yenidən bağlanıb

Gürcüstan-Rusiya avtomobil yolu yenidən bağlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 13-də Tbilisidə qasırğa gözlənilir.

Mətbuatın milli hidrometeoroloqlara istinadla yaydığı məlumata görə, həftənin əvvəlindən başlayan əlverişsiz hava şəraiti noyabrın 15-dək davam edəcək.

a24.az” AZƏRTAC-a istinadən bildirir ki, son iki gündə yağan leysan yağışları, güclü külək və qar bəzi ərazilərdə ciddi fəsadlar törədib. Gürcüstan-Rusiya avtomobil yolu noyabrın 12-də ağır yük avtomobilləri üçün yenidən bağlanıb. Buna səbəb güclü qasırğa və yolların buz bağlamasıdır.

Hazırda magistralda Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyaya məxsus 50-dən çox yük maşını dayanıb. Gündüz saatlarında şinləri sürüşməyə davamlı olan minik avtomobillərinin yola çıxmasına icazə verilsə də, axşam saatlarında onların da hərəkətinə məhdudiyyətlər qoyulub.

Eyni zamanda, Svaneti bölgəsində yük avtomobillərinin, Tbilisi-Senaki-Leselidze, Batumi-Axaltsixe və Koda-Ninotsminda magistrallarının dağlıq ərazilərində bütün avtomobillərin hərəkəti tam dayandırılıb.

Leysan yağışları Qərbi Gürcüstana daha çox ziyan vurub. Samtrediya və Kutaisi şəhərlərində evlərin birinci mərtəbələrinə su dolub. Çxra çayının məcrasından çıxması nəticəsində Zestaponi-Kutaisi avtomagistralında avtomobillərin hərəkəti iflic olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar