Gürcüstan şokda: Lotu Qulinin adamları ölkəni qarışdırdı – VİDEO

Gürcüstan şokda: Lotu Qulinin adamları ölkəni  qarışdırdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın Zestofani şəhərində cinayət qrupuna qarşı xüsusi əməliyyat keçirilib.

A24.Az xəbər verir ki, əməliyyat zamanı soyğunçuluqda ittiham olunan iki nəfər saxlanılıb.

Cinayət qrupunun digər üzvləri isə Batumidə üzə çıxıb. Onlar 5 nəfər olub. Dəstənin üzərinə baxış keçirilərkən onlardan pul və çox sayda silah aşkar olunaraq götürülüb.

Məlum olub ki, dəstənin oğurladığı məbləğ 140 min ABŞ dollarıdır. Lakin polis məbləğin sadəcə 90 minini geri ala bilib.

Cinayətkar dəstənin üzvləri “Quli Bakinski” ləqəbi ilə tanınan Nadir Səlifovun adamlarıdır.

Nadir Səlifov  Dmanisi rayonunda anadan olub və etnik azərbaycanlıların ən nüfuzlu şəxslərindən biridir.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar