Gürcüstandan yeni qərar: "Təmiz dünya"ya keçid edir

Gürcüstandan yeni qərar: “Təmiz dünya”ya keçid edir
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstan höküməti ” Yaşıl iqtisadiyyat” və ətraf mühitin qorunması məqsədilə həyata keçirilən tədbirləri sərtləşdirir.
A24.Az medicina.az-a istinadən bildirir ki, oktyabrın 1-dən qalınlığı 15 makron olan sellofan paketlər satış və istehsalatdan yığışdırılır. 6 ay ərzində tədricən bütün polietilen torba, paketlərin ölkədə istehsalı, idxalı və realizəsi aradan qaldırılacaq.

” Məlumdur ki, son illər dünya plastik və polietilen materiala qarşı mübarizə elan edib. Ətraf mühit, təbiət plastik və sellofandan çox çirklənir. Bu problem Gürcüstanı da narahat edir. Biz öz qanunlarımız çərçivəsində 2018-ci ilin oktranrın 1-dən etibarən birdəfəlik polietilen torbaların istifadəsinin aradan qaldırılmasına start verdik” – deyə baş nazir Mamuka Baxtadze qeyd edib.

Xatırladaq ki, Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə aydır ki, marketlərdə və digər yerlərdə ucuz, zərərli sellofan torbaların insanlar tərəfindən istifadəsinə qarşı təbliğat kompaniyası başlayıb. Azərbaycan da polietilen torbaların təsirindən ekologiyası zərər görən ölkələrdəndir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar