Hadisədən şok görüntülər - Yorğan-döşəkdə, gecəni küçədə... - FOTO

Hadisədən şok görüntülər –  Yorğan-döşəkdə, gecəni küçədə… – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Bodrum şəhərində 6,7 bal gücündə zəlzələ baş verdiyi vaxt müğənni Hadisə Dinçoz ailəsilə  bu şəhərdə istirahətdə olub.

A24.az xəbər verir ki, Hadisə Dinçoz dünən Bodrumda zəlzələ baş verən zaman evdən necə çıxdıqlarını, həyəcanlı anlarını sosial mediada izləyiciləri ilə bölüşüb.

Müğənni gecəni küçədə keçirdikləri əks olunan fotonu paylaşaraq dünyasını dəyişən həmvətənlilərinə Allahdan rəhmət diləyib :” Elə titrədi ki hər yan evdən necə çölə atıldıq izah edə bilməyəcəm. Ağlıma gəldikcə qorxunu yenidən hiss edirəm və şükür edirəm ki, ailəm yanımdadır. Bu fotonu bacım hamımız küçədə yatarkən çəkib. Zəlzələdə həyatını itirmiş həmvətənlilərimizin yeri cənnətlik olsun”.

Qeyd edək ki, dünən Türkiyənin cənub-qərb sahillərində 6,7 bal gücündə zəlzələdən sonra ən azı səkkiz təkrar yeraltı təkan qeydə alınıb. 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib. Müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar