Hakim Çovdarovun şikayətini təmin etmədi

Hakim Çovdarovun şikayətini təmin etmədi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı Səbail rayon məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov iştirak etməyib. Prosesdə araşdırılan şikayət təmin edilməyib.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə bu il fevralın 14-də A.Çovdarov barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar