“Halal Nemət 1000 Bərəkət” əməkdaşları üçün bayram şənliyi təşkil etdi - FOTOLAR

“Halal Nemət 1000 Bərəkət” əməkdaşları üçün bayram şənliyi təşkil etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bayramlar arxada qalsa da, bayram ovqatı hələ də davam edir. Ölkəmizin müxtəlif guşələrində bayram şənlikləri, tədbirlər davam edir. Belə tədbirlərdən biri də yanvar ayının 3-də Bakının tanınmış restoranlarından birində – “Manqalüstü” restoranında baş tutdu.

“Halal Nemət 1000 Bərəkət” brendi ilə tanınan “Səhliyalı” firması öz əməkdaşları üçün dəbdəbəli bayram şənliyi təşkil edərək “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nü və Yeni il Bayramını qeyd etdi. Tədbirə şirkətə daxil olan müəssisələrin əməkdaşları və rəhbər işçilər, eyni zamanda A24.Az xəbər portalının əməkdaşları dəvət olunmuşdu. Yaddaqalan və unudulmaz bayram tədbirində tanınmış müğənnilər, musiqi qrupları iştirak edirdilər.

Xatırladaq ki, “Səhliyalı” müəssisəsi 1996-cı ildən fəaliyyət göstərir. Dörd qardaş tərəfindən qurulan firma ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Şirkət ət və ət məhsulları bazarındakı şərait, alıcılıq qabiliyyəti nəzərə alınaraq təsis edilib. “Səhliyalı” müəssisənin yerli məkanda analoqu olmayıb. 2010-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Hazırda da firmada çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyətli, etibar edilən, halal  keyfiyyətli məhsul istehsal etməkdir. İstehsalata çox ciddi yanaşan firma çalışanları da qidanın bu günümüz və gələcəyimizlə əlaqəli olduğunun məsuliyyəti ilə çalışırlar.

Səhliyalı

Qeyd edək ki, “Səhliyalı” şirkəti tələbata uyğun olaraq müvafiq miqdarda kolbasa istehsal edir və şəhərin bütün marketlərinə, həmçinin bölgələrə paylanılır.

Şirkətin özünün ət tədarükü üçün ferması var inəklər də “Səhliyalı”nın kəsim məntəqələrində kəsilir.

Burada kəsilmə vaxtını gözləyən heyvanlar daimi nəzarətdə saxlanılır. Şirkət daxilində nəzarət üçün baytar həkimlər çalışır. Onlardan biri dövlət tərəfindən təyin edilmiş həkimdir. Həm onun, həm də şirkətin baytar həkiminin möhürü olmadan ətlər istehsala gedə bilməz. 

Laboratoriyada tam şəkildə sağlamlığı yoxlanıldıqdan sonra heyvanlar kəsim bölməsinə gedir. Kəsildikdən dərhal sonra onlardan nümunələr yenidən laboratoriyaya göndərilir.

Şirkət heyvanların harada və necə kəsilməsinə həssaslıqla yanaşır.

İslamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edilir. Gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq heyvan kəsimləri həyata keçirilir. Şirkətin bütün avadanlıqları isə ən müasir texnologiyalardır. Cihazlar Almaniyadan, Hollandiyadan, Finlandiyadan və digər Avropa ölkələrindən gətirilib. Bu kəsim yerində ciddi standartlar müəyyənləşdirilib.

1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir.

Müəsisədə halal və qeyri-halal (donuz ətindən hazırlanan məhsullar-red.) məhsulların istehsal yerləri fərqlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Reportaj, Media, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar