Havanın temperaturu yüksəlir – PROQNOZ

Havanın temperaturu yüksəlir – PROQNOZ
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən a24.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əksər rayonlarda əsasən yağmursuz hava keçəcək.  Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar