Hazırlıqdan qayıdan 11 yaşlı qızı küçədə zorlamaq istədi - Azərbaycanda

Hazırlıqdan qayıdan 11 yaşlı qızı küçədə zorlamaq istədi – Azərbaycanda
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

A24.az “Report”a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar