Həbib və Konor dünyaya elə səs saldı... – Döyüşə baxmağa Putin və Tramp da gəlir? - VİDEO

Həbib və Konor dünyaya elə səs saldı… – Döyüşə baxmağa Putin və Tramp da gəlir? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 20-də keçirilən mətbuat konfransında üz-üzə gələn İrlandiyalı MMA döyüşçüsü Konorla qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov qalmaqala imza atıblar.

“A24.az” “gazeta.ru”ya istinadən xəbər verir ki, mətbuat konfransına giriş hamı üçün açıq olub. Lakin 6 min nəfərlik “Radio City Music Hall” qapının ağzına kimi azarkeşlərlə deyil, mətbuat nümayəndələri ilə dolu olub. Azarkeşlərsə buraxılmayıb. Hətta buna etiraz olaraq Konor “Niyə burda azarkeşlər azdır? Onlar bu şounu görməyə layiq idilər. Azarkeşsiz bütün bunlar axmaqlıqdır” sözlərini işlədib.

Lakin minlərlə insan və azarkeş içəri daxil ola bilməsə də, Nyu Yorkun mərkəzi küçələrində yerləşdirilmiş böyük ekranlardan iki məşhur döyüşçünün mətbuat konfransını izləyə biliblər.

UFC prezidenti Dana Uayt (Dana White) azarkeşlərin içəri buraxılmamasının səbəbini bu cür izah edib: “döyüşçülərin təcavüzkar ifadələri cəmiyyətə təsir edə bilər, xüsusən də Konorun davranışları təhlükəli idi. Çünki Konor təhqiredici və təcavüzkar hərəkətləri ilə azarkeşlər arasında qarşıdurma yarada bilərdi”.

Həmçinin UFC prezidenti bildirib ki, qalmaqallı döyüşə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putini də dəvət edib. Lakin hər iki prezidentin döyüşə baxmağa gələcəyinə şübhə etdiyini dərhal fikirlərinə əlavə edib, çünki hər iki prezidentin eyni binada olması onların mühafizəçiləri üçün həqiqi kabusdur.

Buna baxmayaraq, Tramp pullu televiziya kanallarından döyüşü izləyəcəyinə söz verib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, İdman, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar