Həbs edilən 7 nardaranlı azadlığa buraxıldı

Həbs edilən 7 nardaranlı azadlığa buraxıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il martın 1-də Naradaran qəsəbəsində divarlara dini şüarların yazılmasında təqsirləndirilərək saxlanılan və inzibati həbs edilən 7 nəfərin hamısı azadlığa buraxılıb.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatıb və bir neçə gün öncə həmin şəxslər azadlığa çıxıb.

Qeyd edək ki, bu il martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı. Saxlanılan şəxslərin əksəriyyəti ifadəsi alınandan sonra buraxılsa da, 7 nəfər barəsində Sabunçu rayon Məhkəməsi 20 və 24 sutka inzibati həbs qərarı çıxarmışdı.

Əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılması idi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar