İlham Mirzəyevdən yeni xəbər var

İlham Mirzəyevdən yeni xəbər var
Want create site? Find Free WordPress Themes and plugins.

Ali Məhkəmədə həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin birinci instansiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

“A24.az” “lent.az”a istinadən məlumat verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib.

Teleaparıcının vəkilləri bundan əvvəl keçirilən prosesdə də şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların həmin vəsatələri də təmin edilməyib.

Onu da qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar