Həccdə izdiham yaşanmasın deyə elektron platforma yaradılır

Həccdə izdiham yaşanmasın deyə elektron platforma yaradılır
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək “Race” intellektual sistemini yaradırlar.

“A24.az” bildirir ki, Trend-in “Arab News” portalına istinadən verdiyi xəbərə görə, yeni sistem zəvvarlar Həcc ayinlərini yerinə yetirərkən izdihamın yaranmasına imkan verməyəcək.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə mərasimlərində təhlükəsizliyin təmini üzrə Dövlət Direktorluğunun rəsmisi Bədr bin Səud bəyan edib ki, yeni sistem 50 kamera əsasında quraşdırılacaq interaktiv elektron platformadır. Bunun vasitəsilə məscidin təhlükəsizlik xidməti zəvvarların hərəkətlərini tənzimləyərək kompleksin istənilən nöqtəsində izdihamın yaranmamasına nail olacaq.

Xatırladaq ki, 2014-cü ildə başlayan tikinti layihəsinə uyğun olaraq, Məscidül-Həram məscid-kompleksinin ərazisi 400 min kv.m-dək genişləndirilir. İnşaat işləri başa çatdıqdan sonra məscid eyni vaxtda 2,2 milyon zəvvarı qəbul edə biləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar