Həftənin ilk iş günü hava küəkli və şaxtalı olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz  3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 19-da da hava şəraitinin əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gündüz bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR