Həmilton mövsümdə üçüncü qələbəsini qazandı

Həmilton mövsümdə üçüncü qələbəsini qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az xəbər verir ki, yarışın startı kifayət qədər maraqlı alınıb. Maks Ferstappen ikinciliyə yüksəlib, Karlos Sayns və Felipe Massanın maşınları toqquşub və hər iki sürücü yarışı dayandırmalı olub.Ferstappen üçün yarışın davamı start qədər uğurlu alınmayıb. Ötürmələr qutusu sıradan çıxdığından mübarizə onun üçün başa çatıb.

Yarışın sonuna isə Serxio Peres damğasını vurub. Rikkardo ilə podium mübarizəsi aparan meksikalı sürücü onu keçə bilməyib. Komanda Peresdən daha sürətli olan Okona yol verməsini xahiş edib. Lakin Peres buna əhəmiyyət verməyib. Nəticədə arxadan sürətlə gələn Fettel trasdan çıxmağa məcbur olan Okonu keçib, bir qədər sonra isə Peresin özünü də arxada qoyub.

Həmilton qalib gəlib və karyerasında dördüncü Böyük Dəbilqəsini əldə edib. Bottasın ikinci olması Mercedes AMG-yə mövsümdə ilk dublu qazandırıb. Rikkardo isə ardıcıl üçüncü yarışda podiuma yüksələ bilib.

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:33.03.1531
277Valtteri BottasMercedes AMG+ 0:19.7831
33Daniel RikkardoRed Bull+ 0:35.2971
45Sebastyan FettelFerrari+ 0:35.9072
511Serxio PeresForce İndia+ 0:40.4761
631Esteban OkonForce İndia+ 0:40.7161
77Kimi RəykkönenFerrari+ 0:58.6322
827Niko HülkenberqRenault+ 1:00.3741
918Ləns StrollWilliams+1 dövrə1
108Roman QrojanHaas+1 dövrə1
1130Colion PalmerRenault+1 dövrə1
1220Kevin MaqnussenHaas+1 dövrə1
139Markus ErikssonSauber+1 dövrə1
142Stoffel VandornMcLaren+1 dövrə1
1594Paskal VerlyaynSauber+2 dövrə2
1614Fernando AlonsoMcLaren+4 dövrə1
26Daniil KvyatToro Rossomex. problem3
33Maks FerstappenRed Bullmotor
19Felipe MassaWilliamsqəza
55Karlos SaynsToro Rossoqəza
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar