Hər bir Azərbaycan vətəndaşının öz “elektron kabinet”i olacaq

Hər bir Azərbaycan vətəndaşının öz “elektron kabinet”i olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın hər bir vətəndaşı “vahid pəncərə” prinsipi ilə fəaliyyət göstərən “elektron kabinet”ə sahib olacaq.

A24.az xəbər verir ki, barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.

Mərkəzdən qeyd olunub ki, “e-kabinet” vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.

“Elektron kabinet” “e-id.az” portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.

Mərkəzdən o da məlumat verilib ki, elektron imzanın şəxsiyyət vəsiqəsinə inteqrasiyası infrastrukturu artıq hazırdır və bu funksiya vətəndaşların “elektron hökumət” portalında (e-gov.az) müxtəlif xidmətlərin, o cümlədən sığorta, internet bankçılıq, elektron ödəmələr kimi xidmətləri əldə etməsi üçün açar rolunu oynayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar