Hər il bu xəstəlikdən 1 milyon 800 min insan ölür – VİDEO

Hər il bu xəstəlikdən 1 milyon 800 min insan ölür – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9.000.000-dan artıq insan vərəmlə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “a24.az”a  verilən məlumata görə, son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur.

Məlumatda bildirilir ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.

Respublikamızda Vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hal- hazırda 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.

15 iyul 2000-ci il tarixində “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə bir sıra normativ sənədlər hazırlanıb və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb.

Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilir. Bu əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=7mEXw4NHYyo

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar