Hər kəsi heyran edən azərbaycanlılar “O səs Türkiyə”dən uzaqlaşdırıldı – VİDEO

“O səs Türkiyə”-də çıxışları ilə hər kəsi özünə heyran edən Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev müsabiqədən uzaqlaşdırılıb. 
A24.Az xəbər verir ki, bu haqda əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat yayıb:
“Dəyərli jurnaistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi bilirsiniz.  Kiçik bir iradımı qəbul edin. İrad bildirəndə hər şeyi kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları söz ilə öldürməyin. Türkiyənini “O səs Türkiyə” müsabiqəsində mahnılarımızın müəllifləri qeyd edilməyib və anonim yazılıb. O zaman doğru olaraq yazırsınız ki, bu addım qəlbinizə toxunur.  bu hal məni də narahat edib və dəfələrlə qəlbim qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı.
Amma, qurban sizə irad bildirəndə elə edək ki, elə başa salaq ki, bu hal bir də təkrarlanmasın. Amma siz  hər şeyi kökündən elə kəsirsniz ki, əvəzi istedadlı gənclərimizdən çıxır.  Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki,  nəticəsi xoş olmadı. Hazırda “O səs Türkiyə”-dən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər isteadadlı iştiakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında körmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar siz yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar. CAnları sağ olsun. Təki Türkiyə yaşasın, başı bəla görməsin. Təki dərd yarışma dərdi olsun. Türkiyə nə olursa, olsun, Azərbaycan sizinlədir”.
Musavat.com müsabiqədən uzaqlaşdırılan iştirakçıların çıxışlarını təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR