Hərbi ekspert: "Son proseslər Qarabağda müharibəni qaçılmaz edir"

Hərbi ekspert: “Son proseslər Qarabağda müharibəni qaçılmaz edir”
Want create site? Find Free WordPress Themes and plugins.

“Ermənistan və Azərbaycan intensiv şəkildə döyüş hazırlığı səviyyəsini artırırlar. Bu da müharibəni qaçılmaz edir”

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer müsahibəsi zamanı səsləndirib.

Ekspertin sözlərinə görə, “Qarabağ”da hələ ki müharibə yoxdur:

“Ancaq tərəflər arasında toqquşmaların artması eskalasiya riskini artırır. Əslində hər iki tərəf intensiv şəkildə hazırlaşırlar, əgər güc hazırlıqları görülürsə, demək ki, belə olan halda sonda hərbi toqquşma qaçılmaz olur. Amma nə erməni nə də Azərbaycan tərəfində bu barədə məlumat yoxdur. Bu səbəbdən də dəqiq proqnoz verə bilmərəm. Münaqişənin sülh yolu ilə həll edilməsinə gəlincə, ümumiyyətlə tərəflər arasında münaqişənin sülh yolu ilə həlli perspektivləri aydın deyil”.

Pavel Felqenhauer əlavə edir ki, ümumiyyətlə bir münaqişənin qızışmasında həm daxili, həm də xarici amillər əsas rol oynaya bilər:

“Ancaq bu münaqişədə hələlik hərbi amil rol oynayır. Hər iki tərəf güc hazırlığını artırır. Bu prosesdə müharibəni qaçılmaz edir. Genişmiqyaslı hərbi əməliyyatların qarşısını almaq üçün nəsə etmək lazımdır. Ancaq heç bir iş görülmür. Bu problem heç kimi maraqlandırmır. Dünya ölkələrinin başı Koreya, Ukrayna, Suriya, Donbasdakı münaqişələrə qarışıb. Amma bu o demək deyil ki, bu münaqişə tamamilə unudulub. Buna baxmayaraq münaqişə zonasında gərginlik aradan qalxması üçün heç bir cəhd edilmirsə, və cəhd ümumiyyətlə yoxdursa, demək eskalasiya qaçılmazdır. Bu münaqişəni daha yüksək ali siyasi dairlərin diqqətinə çatdırmaq və problemin səsini daha yüksəklərə qaldırmaq lazımdır. Nə vaxt “Qarabağ” problemi haqqında danışırsan onların dedikləri yalnız budur: “Hə, hə xatırlayırıq, bu çox ciddi problemdir””.

Ekspert diqqətə çatdırıb ki, bu münaqişəni tərəflərdən biri həll etməlidir:

“Başqa yol yoxdur. Ancaq heç bir tərəf bu istiqamətdə addım atmır. Hazırkı stiuasiya budur ki, tərəflər döyüş hazırlığı səviyyəsini artırırlar – yeni silah-sursatlar alırlar. Bu da prosesi dönməz edir. Amma heç bir tərəf ciddi hərbi əməliyyatlara başlamağa hazır deyil. Bu çox yaxşıdır ancaq münaqişənin həlli üçün kifayət deyil”.

Jurnalistin “Tutalım ki, Azərbaycan tərəfi yeni hücum etsə, bu onların hansı problemi həll edəcək? sualına ekspertin cavabı belə olub:

“2016-ci ilin 4 günlük aprel hadisələri təkrarlana bilər. Və Azərbaycan tərəfi məhdud şəkildə məqsədinə nail ola bilər”, – deyə hərbi ekspert əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar