Hərbi ekspertdən şok sözlər: "Diplomatlarımız axmaq kimi Lavrovun qarşısında başını aşağı salıb dayandı" 

Hərbi ekspertdən şok sözlər: “Diplomatlarımız axmaq kimi Lavrovun qarşısında başını aşağı salıb dayandı”
Want create site? Find Free WordPress Themes and plugins.

” Məni yandıran “apreldi”. Daim, buraxmadan. Emosiyalarımı çox boğuram, amma deyiləsi söz deyilməlidir. “Apreldən” bizə qalan, “düşmənin burnunu əzməyə qadirik”, oldu. Qeyd etdiyim uğur, psixoloji-təbliğat qələbəsinə aiddir. Ruh yüksəkliyi və birlik olmuşdu. Müharibə başlayanda millətlər belə olur. Bunu bilmək üçün müharibə başlamağa dəyməz. Hərbi cəhətdən bir sıra əlverişli, hücum və müdafiə üçün əməliyat əhəmiyətli yüksəkliklər əldə etdik. O qəhraman oğullarımız bunu etdi, Şəhid oldular. Ancaq 2016 il apreldə düşmən təxribatlarına cavabın əsas məqsədi Qarabağ nizamlanmasını dünya gündəminə gətirmək və ədalətli həllinə təkan vermək olmuşdu. Qarabağ dünya gündəminə gəldi. Atəşkəsi bərpa edib, getdik danışıqlara.Lakin danışıqlarda gündəmə Qarabağ yox, tərəfimizdən atəşkəsi pozulması gəldi. Bu, əsl diplomatik məğlubiyət idi”.

A24.Az xəbər verir ki, bu fikirləri hərbi ekspert Nazim Bayram deyib.

Ekspert əlavə edib ki, orduuz irəlilədiyi halda, diplomatiyamız axmaq əsgər kimi Lavrovun sərt baxışları altında başını aşağı salıb dayandı.

“Düşmənin burnunu əzməyə qadir” olduğumuzu biz Qarabağ müharibəsi zamanı da dəfələrlə sübut etmişik. Aydındır ki, indiki ordumuzla bunu daha yaxşı edə bilməliyik. Alınmış yüksəkliklərin yalnız, hücumun davamı olanda, əhəmiyəti aktuallaşır. Yəni alınan yüksəkliklər Kəlbəcər ya Şuşa deyil ki, müstəqil hərbi əhəmiyəti olsun. Lələ-Təpədə mövqelərimizin və gözümüzün qarşısında ermənilər texnika və işçi qüvvə ilə torpaqdan Lələ-Təpə boyda yüksəklik düzəltdilər. Atəşkəsdi, mane olmaq olmaz. Cocuq Mərcanlıda yaşayış salındı. Ancaq bu, əməliyatın yan nəticələrindəndir. Ordu bölmələrinin döyüş təcrübəsi əldə etməsi kimi. Bunlar aydındır. Əsas nəticə əməliyatların əsas məqsədinə bağlıdı- Qarabağı dünya gündəminə gətirən Azərbaycan diplomatik məğlub duruma düşdü və yenidən mənasız, məzmunsuz danışıqlar masasına oturdu. Mənim qəti qənaətimə görə, biz həmin nəticəni sadəcə, danışıqlar prosesindən çıxmaqla, hər-hansı diplomatik demarşla edə bilərdik. Xatırladım ki, o zaman Sarqsyan danışıqlara gəlmirdi, lakin bunu bəyan etmirdi. Biz isə danışıqları dondurduğumuzu bəyan edib, danışıqlardan imtina etsəydik, bu, dünya tərəfindən Azərbaycanın hərbi təhdidi kimi qəbul oluna və Sarqsyanı danışıqlar masasına gətirə bilərdi. Hərbi gözlənilməzlik faktorunu isə strateji hədəflər üçün saxlayardıq. Yaxud “4 günlük müharibədən” dərhal sonra Vyanada, S-Peterburqda danışıqlar ermənilər istədiyi məcraya gələn anda hərbi əməliyatları davam etdirməliydik. Aprel ayı ərzində artıq böyük qüvvələri cəmləşdirmişdik cəbhə xəttində… Ancaq rusdan qorxduq”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar