Hərbi paradda daha bir yenilik – Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər

Hərbi paradda daha bir yenilik – Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda bir sıra yeniliklər olacaq.

“A24.Az” “AzeriDefence”ə istinadla əldə etdiyi eksklüziv məlumata görə, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) keçid edəcək.

Türkiyə Silahlı Qüvvələrinin bölməsi paradda Azərbaycan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin heyətindən sonra tribuna önündən addımlayacaq.

Paradda iştirak edən Türkiyə hərbçiləri Bakıya iyunun 20-də gəlib.

Paradda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin də qonaq qismində iştirakı gözlənilir.

Qeyd edək ki, bu Türk hərbçilərinin Bakıda 100 il sonra iştirak etdiyi ikinci hərbi paraddır. 1918-ci ilin sentyabr ayında, Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar