Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI

Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında “metbuat.az” maraqlı sorğu keçirib.

“A24.az” xəbər verir ki, illər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər, görəsən, hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar, hansı səbəblərə görə hərbi xidmətdə iştirak etməyiblər?

Müğənnilərimizdən biri ölkəmizi “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər siyasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüsser Tolik (Tarix Əliyev) isə vaxtı ilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır.

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söyləyib.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Xalq artisti Mənsum İbrahimov da səhhəti ilə bağlı olaraq hərbi xidmətini başa vurmayan xalq artistidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar